Məşhur nəşr Arda Gülərlə bağlı bu xəbəri yalanladı

Məşhur nəşr Arda Gülərlə bağlı bu xəbəri yalanladı

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər ​​yaxın gələcəkdə komandasını tərk etmək fikrində deyil. 

Fanat.Az xəbər verir ki, bu barədə İspaniya nəhəngindəki mənbəsinə əsaslanan nüfuzlu AS nəşri məlumat yayıb. 

Xəbərə görə, 19 yaşlı türk nə icarəyə getmək, nə də başqa kluba tam hüquqlu transfer olmaq fikrində deyil. 

Qeyd edək ki, iki gündür Türkiyə KİV-i Ardanın "Real Madrid"i tərk edərək "Fənərbağça"ya qayıdacağı barədə xəbərləri tirajlayır. 

Gülər ​​bu mövsüm "Real Madrid"in heyətində bütün yarışlarda 10 matça çıxıb, ancaq qol vura bilməyib. Arda ötən mövsümdə İspaniya çempionatında 10 matçda 6 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər