Məşhur futbolçu "Qarabağ"ın rəqibi ilə vidalaşdı

Məşhur futbolçu "Qarabağ"ın rəqibi ilə vidalaşdı

"Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Olimpiakos”da ayrılıq reallaşıb.

Fanat.Az xəbər verir ki, məşhur futbolçu Villian Yunanıstan təmsilçisi ilə yollarını ayırıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər.

Braziliya millisinin sabiq üzvü “Çelsi”, “Arsenal”, “Fulhem” kimi klublarda çıxış edib. 36 yaşlı yarımmüdafiəçi “Olimpiakos”un heyətində 11 oyunda meydana çıxıb və 1 qol ötürməsi edib. Bu ilin sentyabr ayında “Olimpiakos”a keçən Villianla mövsümün sonuna qədər müqavilə imzalanmışdı.

“Qarabağ” Avropa Liqasının 8-ci turunda – yanvarın 31-də “Olimpiakos”la Yunanıstanda qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər