Məşhur aparıcı: “Bircə dəfə “Qarabağ"ı izləyin"

Məşhur aparıcı: “Bircə dəfə “Qarabağ"ı izləyin"
Türkiyənin "NTV Spor" telekanalının məşhur aparıcısı Güntekin Onay "Qarabağ" haqqında danışıb. Fanat.az xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının son turunun qarşılaşmaları barədə fikirlərini söyləyən idman şərhçisi "Qarabağ"ın İtaliyada "İnter"ə qarşı matçda məğlubiyyətə layiq olmadığını deyib:
"Avrokuboklarda sürpriz nəticələr qeydə alınır. "Qarabağ"ı yaxından izləyirəm. Bu komandanın oyunu məndə xoş təəssürat oyadıb. Mənə inanmayan varsa, ömründə bircə dəfə "Qarabağ"ı ekran başından izləsin".
G.Onay bildirib ki, "Qarabağ" Avropada qrup mərhələsinə birdən-birə yüksəlməyib: "Qarabağ" bundan əvvəl bir neçə dəfə pley-off mərhələsində mübarizəni dayandırıb. Bu mövsüm isə "Tvente"ni Avroliqadan uzaqlaşdırmağı bacardılar. Onlar "İnter"ə qarşı matçda heç-heçə edə bilərdilər. Ancaq buna baxmayaraq, Milanda əla oyun nümayiş etdirdilər. "Qarabağ" məğlubiyyətə layiq deyildi. Avropa Liqasında ən çox üzüldüyüm matç "İnter" - "Qarabağ" oyunu oldu".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər