Meneceri Arda Turanın taleyini açıqladı: hansı kluba gedir?

Meneceri Arda Turanın taleyini açıqladı: hansı kluba gedir?
Arda Turanın meneceri Ahmet Bulut futbolçunun "Barselona"dakı taleyi ilə bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, menecer türk futbolçunun qış fasiləsində Kataloniya klubundan ayrılacağını bildirib.
Ötən gün keçirilən "Beşiktaş" - "Qalatasaray" matçını canlı izləyən Ahmet Bulut jurnalistlərin suallarını cavablandırıb. "Hazırda Ardanın gedəcəyi klub bəlli deyil, amma qış fasiləsində "Barselona"dan ayrılacaq. Danışıqlar apardığım 3-4 klub var. "Qalatasaray"la bu barədə görüşüm olmayıb. Danışıqlar apardığım klublar İngiltərə, İspaniya və İtaliya təmsilçiləridi. 15 gün sonra yekun qərarı verəcəyik. İui variant var. "Barselona" ya Ardanı satacaq, ya da icarəyə verəcək", deyə menecer bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər