"Roma"nın baş məşqçisi Joze Mourinyu İtaliya A Seriyasının 19-cu turunda - "Samdoriya" ilə oyunda (1:1) sıradan çıxan Temmi Abrahamın zədəsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Football Italia" portuqaliyalı çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Mən ancaq qan gördüm, başqa heç nə... O, yeriyə bilmirdi. Zədəsinin ciddi olduğunu düşünmürəm. Amma Temminin özünü yaxşı hiss etmədiyi dəqiqdir".
Xatırladaq ki, oyunun 47-ci dəqiqəsində "canavarlar"ın hücumçusu zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb.
Nihat