Məktəblilər “Qarabağ”ın qonağı oldular

Məktəblilər “Qarabağ”ın qonağı oldular

Azərbaycan Diasporuna Dəstək Fondunun və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, DİN-in “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş 3-cü “Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin 3 cü günündə şagirdlər “Qarabağ”ın qonağı olublar.

Fanat.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov və futbolçular şagirdləri səmimiyyətlə qarşılayaraq, onlarla xatirə şəkilləri çəkdiriblər.

21-27 dekabr 2023-cü il tarixləri aralığında keçirilən düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak edirlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər