Mbappenin "Real Madrid"lə müqaviləsi hazırdır - Ancaq...

Mbappenin "Real Madrid"lə müqaviləsi hazırdır - Ancaq...

PSJ-nin fransız hücumçusu Kilian Mbappenın (Kylian Mbappe) "Real Madrid"ə keçidi baş tutacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə "Madrid Xtra" saytının jurnalisti Canluka Di Martsio rəsmi "Twitter" səhifəsində yazıb.

Tanınmış futbol insayderi 22 yaşlı futbolçunun artıq Madrid klubu ilə müqaviləsinin hazırlandığını qeyd edib. Sadəcə sözləşməni fevral ayından tez imzalaya bilməyəcək. 

Qeyd edək ki, 2017-ci ildən PSJ-də çıxış edən Mbappenin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Beləliklə, o, azad agent qismində "Real Madrid"ə keçəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər