PSJ-nin hücumçusu Kilian Mbappe gələn mövsüm "Real Madrid"də oynayacaq.
Fanat.Az-ın məlumatına görə, bu barədə "El Chirinquito" nəşrinin jurnalisti Xosep Pedrerol məlumat verib.
İddialı danışan 56 yaşlı idman jurnalisti qeyd edib ki, bu transfer baş tutmasa, iş yerini tərk edəcək:
"Mbappe gələn mövsüm dəqiq "Real Madrid"də oynayacaq. Sizə zəmanət verirəm. Bu keçid baş tutmasa, iş yerimi tərk edəcəyəm".
Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti gələn yay başa çatır.
Emin