"Real Madrid"in müdafiəçisi Marselo bu yay klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Xəbərə görə, 33 yaşlı braziliyalının xidmətində İngiltərənin "Everton" və "Lids" klubları maraqlıdır. Onların Marseloya 2 illik müqavilə təklif etdiyi bildirilir.
Qeyd edək ki, "samba"çının "Kral klubu" ilə müqaviləsi gələn il başa çatır.
Röya