Marko Veşoviç "Qarabağ"da qalır? - SON DURUM

Marko Veşoviç "Qarabağ"da qalır? - SON DURUM

"Qarabağ"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq sağ cinah müdafiəçisi Marko Veşoviçin aqibətinin necə olacağı gündəmdə olan məsələlərdən biridir. 2021-ci ildən Ağdam təmsilçisinin formasını geyinən Monteneqro millisinin üzvü ilə bağlı mətbuatda müxtəlif məlumatların dərc edilməsi də başadüşüləndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sağ cinah yarımmüdafiəçisi mövqeyində də oynaya bilən Markonun gələcəyi ilə bağlı hələ yekun qərar verilməyib.

33 yaşlı futbolçunun komandada qalıb-qalmayacağı hazırda davam edən danışıqların nəticəsindən asılı olacaq. Belə ki, Ağdam təmsilçisinin rəhbərliyi Veşoviçə uzunmüddətli müqavilə təklif etmək niyyətində deyil. Sözügedən oyunçu yalnız klubun irəli sürdürdüyü şərtlər fonunda 1 mövsümlük və ya 1+1 sxemi üzrə anlaşma imzalamağa razı olacağı təqdirdə, onunla müqavilə yenilənə bilər. 

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə "Qarabağ" forması ilə 25 matça çıxan Veşoviç 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər