"Mançester Yunayted"in hücumçusu "Real Madrid"in hədəfində

"Mançester Yunayted"in hücumçusu "Real Madrid"in hədəfində

"Mançester Yunayted"in hücumçusu Edinson Kavani "Real Madrid"in maraq dairəsindədir. 

Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb. 

Xəbərə görə, 34 yaşlı uruqvaylı futbolçu daha çox oyun zamanı qazanmaq üçün ingilis klubundan ayrılmaq fikrindədir. 

Belə ki, Kavani karyerasının son illərini yüksək səviyyədə keçirmək istəyir. 

Qeyd edək ki, futbolçunun Premyer Liqa klubu ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. 

Xatırladaq ki, Edinson Kavani İspaniyanın digər nəhəngi "Barselona"nın da diqqətindədir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər