"Mançester Yunayted" qış transfer pəncərəsində heyətini yeni hücumçu ilə gücləndirmək planlarını sürətləndirib. Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, "Kristal Palas"ın fransalı forvardı Jan Filip Matetanın nümayəndələri artıq "qırmızı şeytanlar"la təmasa keçiblər. Mançester təmsilçisinin rəhbərliyi 29 yaşlı futbolçunu Benjamin Şeşko ilə rəqabət aparacaq təcrübəli variant kimi qiymətləndirir. Keçidin reallaşması üçün "Kristal Palas"ın uzun müddətdir maraq göstərdiyi Coşua Zirkzenin mübadilə variantı da masadakı seçimlər arasında yer alır.
"Mançester Yunayted"dən yeni hücumçu həmləsi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı