"Real Madrid"in hücumçusu Vinisius Junior (Vinícius Júnior) karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Xəbərə görə, 21 yaşlı braziliyalı ilə "Mançester Yunayted" maraqlanır.
"Kral klubu" "sambaçı"nı 68 milyon avro qarşılığında buraxmağı planlaşdırır.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2018-ci ildən "Real Madrid"in heyətindədir. O, cəmi 5 oyunda forma geyinmək şansı qazanıb və 4 qola imza atıb.
Röya