"Mançester Yunayted" "Qarabağ"ın rəqibinin ulduzunu aparır

"Mançester Yunayted" "Qarabağ"ın rəqibinin ulduzunu aparır

"Olimpik Marsel"in yarımmüdafiəçisi Bubakar Kamara karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, ulduz futbolçunun xidmətində "Mançester Yunayted" və "Nyukasl Yunayted" maraqlıdır.

22 yaşlı Kamaranın Fransa təmsilçisi ilə olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Mənbə hər iki İngiltərə təmsilçisinin Bubakarı yayda, azad agent statusu ilə heyətə qatmağı planlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, "Olimpik Marsel" Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər