İngiltərənin "Mançester Siti" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin və "Lids"in sabiq yarımmüdafiəçisi Kalvin Filips artıq "Mançester Siti"nin oyunçusudur
Transfer məbləği 42 milyon funt sterlinq təşkil edən futbolçu "şəhərlilər"lə müddəti 2028-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
Emin