"Mançester Siti"nin də sahibi olan BƏƏ-nin "City Football Group" şirkəti yeni futbol klubu alıb.
Fanat.Az "Goal" saytına istinadən xəbər verir ki, şirkət hazırda İtaliya B Seriyasında çıxış edən "Palermo" klubuna yiyələnib.
Məlumatda bildirilir ki, komanda "City Football Group"a 13 milyon avroya başa gəlib.
2019-cu ildə müflis olduqdan sonra “Palermo” maliyyə çətinlikləri çəkir.
Emin