"Mançester Siti"nin sabiq futbolçusu Azərbaycan klubunda

"Mançester Siti"nin sabiq futbolçusu Azərbaycan klubunda

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Qərb təmsilçisi qanalı yarımmüdafiəçi Divayn Naanı transfer edib.

27 yaşlı oyunçu ilə 3 ay + 1 il müddətinə rəsmi müqavilə imzalanıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Divayn Naa daha əvvəl İngiltərənin "Mançester Siti", Norveçin "Strömqodset", Niderlandın "Breda", Danimarkanın "Norşellan", Osveçin "Örebro" (İsveç), Belçikanın "Tubiz", İsrailin "Hapoel" (Raanana) və Maltanın "Mosta" komandalarının formasını geyinib. Onun son klubu Litva "Jalgiris"i olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər