"Mançester Siti"nin qapısı etibarlı əllərdə

"Mançester Siti"nin qapısı etibarlı əllərdə

"Mançester Siti" braziliyalı qapıçısı Ederson Moraeş (Ederson Moraeş) ilə müqaviləni yeniləyib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, 28 yaşlı əlcək ustası ilə sözləşmə daha 5 il müddətinə uzadılıb.

Xatırladaq ki, Ederson 2017-ci ildən "şəhərlilər"in qapısını qoruyur. O, bu müddətdə 145 oyunda forma geyinib və 105 qol buraxıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər