"Mançester Siti"nin müdafiəçisi "Barselona"da - RƏSMİ

"Mançester Siti"nin müdafiəçisi "Barselona"da - RƏSMİ
"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya karyerasını "Barselona"da davam etdirəcək.
Fanat.Az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı oyunçu 4 illik müqaviləyə imza atıb.
"Şəhərlilər"lə olan müqaviləsinin müddəti başa çatan arxa xətt oyunçusu heyətə azad agent qismində qatılıb. Onun təqdimat mərasimi bu gün keçiriləcək.
Qeyd edək ki, Qarsiya "Barselona"nın öz yetirməsidir. 2017-ci ildə 1,7 milyon avroya "Mançester Siti"yə satılan futbolçunun transfer qiyməti "Transfermarkt" portalı tərəfindən 20 milyon avro ilə dəyərləndirilir.
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər