"Mançester Siti"nin futbolçusunu ömürlük həbs cəzası gözləyir

"Mançester Siti"nin futbolçusunu ömürlük həbs cəzası gözləyir

İngiltərədə "Mançester Siti"nin müdafiəçisi Benjamen Mendinin bir neçə qıza zor tədbiq etməsi ehtimalı ilə bağlı dinləmələr davam edir. Fransız futbolçu 5 ildən 20 ilə qədər həbs oluna bilər, lakin onu ömürlük həbs də gözləyir.

Fanat.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Daha əvvəl Benjamen Mendi altı qıza qarşı doqquz zorlama ittihamının heç birinə qarşı özünü təqsirli bilməyib.

İşə baxan prokuror Timoti Krey məhkəmə iclasçılarında bildirib ki, futbolçu iki qadını malikanəsinin otaqlarına bağlayıb və zorlayıb.

Bütün zorlama faktları öz əksini taparsa futbolçu ömürlük azadlıqdan məhrum edilə bilər.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər