"Mançester Siti”nin futbolçusu Bencamin Mendi ən azı bir həftə sonunu həbsxanada keçirəcək.
Fanat.Az "Sky Sports"a istinadən xəbrə verir ki, seksual zorakılıqda ittiham olunan müdafiəçi məhkəmə zalında nəzarət altına alınıb. Məhkəmə oyunçunun girov qarşılığında azadlığa çıxmasına izn verməyib.
Mendi növbəti dinləməyə qədər həbsdə qalacaq. Futbolçunun vəkilləri girovdan imtina edilməsi ilə bağlı apellyasiya şikayəti verməsə, bu müddət 10 sentyabr tarixinədək uzadılacaq.
Qeyd edək ki, "Maneçster Siti" istintaq dönəmində futbolçunu məşqlərdən azad edib.