Fransa millisinin və "Mançester Siti"nin müdafiəçisi Benjamin Mendi həbs oluna bilər.
Fanat.Az "The Independent"ə istinadən xəbər verir ki, daha əvvəl 6 zorlama faktı ilə məhkəmə önünə çıxan futbolçu 7-ci dəfə bu ittihamla üzləşib.
Mənbə bildirir ki, Mendinin məhkəməsi yanvarın sonunda keçirilməli idi. Lakin iyunun 27-nə təxirə salınacaq.
Adı daha çox qalmaqallarda hallanan Mendinin futbolçu karyerası ilə vidalaşmalı olacağı ehtimal olunur.
Emin