"Mançester Siti"nin futbolçusu alman klubu ilə razılaşdı

"Mançester Siti"nin futbolçusu alman klubu ilə razılaşdı

"Borussiya Dortmund" İngiltərənin "Mançester Siti" klubunun cinah oyunçusu Ceyden Brafı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, "arılar"ın yaxın günlərdə 19 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayacağını bildirib.

Əslən Niderlanddan olan gənc futbolçu artıq şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər tezliklə transferi rəsmiləşdirəcəklər.

Braf son mövsümü "Mançester Siti"nin gənclər komandasında keçirib. Cinah oyunçusu 2020/2021 mövsümündə "Udineze"də icarə əsasında çıxış edib və A Seriyasında 4 matçda bir qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər