Zidan "Siti" ilə oyundan danışdı: "Son saniyəyə kimi mübarizə aparacağıq"

Zidan "Siti" ilə oyundan danışdı: "Son saniyəyə kimi mübarizə aparacağıq"
"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Mançester Siti" ilə oynayacaqları matç barədə fikirlərini bölüşüb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Zidan "Leqanes"lə oyundan sonra bunları deyib:
"Təbii ki, Siti"ni keçə biləcəyimizi düşünürəm. Növbəti mərhələyə çıxmaq üçün son saniyəyə kimi mübarizə aparacağıq.
Komandamız bir müddət istirahət edəcək. Mövsümün son periodu çətin idi. Amma mən məzuniyyətdən yox, tətildən bəhs edirəm. Bir az futboldan uzaqlaşmalıyıq".
"Mançester Siti" ilk oyunda səfərdə "Real"ı 2:1 hesabı ilə məğlub edib. Cavab görüşü 7 avqustda keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər