"Mançester Siti"dən Quardiolaya yeni müqavilə

"Mançester Siti"dən Quardiolaya yeni müqavilə
"Mançester Siti" baş məşqçi Pep Quardiolanın müqaviləsini uzatmağı planlaşdırır.
Fanat.Az "The Mirror"a istinadən xəbər verir ki, Quardiolaya yeni uzunmüddətli müqavilə təklif ediləcək. 49 yaşlı mütəxəssisin hazırkı sözləşməsi 2021-ci ilin iyun ayında başa çatır.
Quardiola 2016-cı ildən "şəhərlilər"i çalışdırır. "Siti" onun rəhbərliyi altında 2 dəfə Premyer Liqanın, 3 dəfə Liqa Kubokunun, 1 dəfə FA Kubokunun və 2 dəfə İngiltərə Superkubokunun qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər