“Mançester Siti”dən ilk transfer bombası

“Mançester Siti”dən ilk transfer bombası
"Mançester Siti" ilk transferini açıqlamağa hazırlaşır.
Fanat.Az "Calcio Napoli 24”ə istinadən xəbər verir ki, "şəhərlilər" "Napoli"dən Jorjinyonu heyətinə qatır. Məlumata görə, klublar yarımmüdafiəçinin transferini 63 milyon avroya razılaşdırılıb. Bunun 59 milyonu nağd, 4 milyonu bonus olaraq veriləcək.
Tərəflər arasında anlaşmanın razılaşdırılmamış kiçik detalları qalıb. Transfer yaxın iki gündə açıqlanacaq.
Qeyd edək ki, İtaliya millisinin Braziliya əsilli üzvü 2014-cü ilədə "Verona"dan "Napoli"yə 9,5 milyon avroya transfer edilib. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub. 26 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 39 rəsmi oyuna çıxaraq 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər