İngiltərə Premyer Liqasının 19-cu turunda "Lester Siti"ni 6:3 hesabı ilə yenən "Mançester Siti" yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, 2021-ci ildə İPL-də 35-ci qələbəsinə imza atan Xosep Quardiolanın komandası özünə aid ən yüksək nəticəni bir qədər də yaxşılaşdırıb.
1982-ci ildə 33 qələbə qazanmış "Liverpul"un rekordunu ötən tur "Nyukasl"ı məğlub edərək (4:0) qıran Mançester təmsilçisi indiyədək İngiltərənin elit çempionatında heç bir komandanın bacarmadığını edib.
Nihat