"Mançester Siti"dən daha bir rekord

"Mançester Siti"dən daha bir rekord
Premyer Liqada çempionluğu ötən həftə elan edən "Mançester Siti" dünən "Briqton"u 3:1 hesabı ilə yenib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in heyətində Danilo, Bernardo Silva və Fernandinyo fərqlənib. Qonaqların təsəlli qoluna isə Leonardo Ulloa imza atıb.
"Mançester Siti" vurduğu qolların sayını 105-ə çatdırıb. Pep Qvardiolanın yetirmələri bununla bir mövsüm ərzində Premyer Liqada ən çox vuran komanda olub. Bundan əvvəlki rekorda 2009/10 mövsümündə "Çelsi" imza atmışdı - 103 qol.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər