"Mançester Siti" heyətinə 89 milyon avroluq müdafiəçi qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, İngiltərə klubu "Atletiko"dan Xose Mariya Ximenesə elçi düşüb. AS nəşrinin məlumatına görə, İngiltərə təmsilçisi 25 yaşlı müdafiəçi üçün 89 milyon avro transfer haqqı və əlavə 5 milyon avro bonus təklif edib.
Qeyd edək ki, Xose Mariya Ximenesin klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır. Onun sözləşməsində 120 milyon avro təzminat qarşılığında komandadan ayrıla biləcəyi yazılıb.
Fanat.Az