"Mançester Siti"dən 22 yaşlı futbolçuya 100 milyon avro

"Mançester Siti"dən 22 yaşlı futbolçuya 100 milyon avro
Premyer Liqada lider "Liverpul"dan 9 xal geri qalan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola indidən qış transfer pəncərəsinin hazırlaqlarına başlayıb.
Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssis ilk olaraq müdafiə xəttini gücləndirmək niyyətindədi. Onun bu mövqeyə əsas namizədi "Benfika"nın üzvü Ruben Diasdı. "Mançester Siti"nin 22 yaşlı futbolçu üçün portuqaliyalılara 100 milyon avro təklif edəcəyi deyilir. 
Qeyd edək ki, Dias bu mövsüm "Benfika"nın heyətində 17 oyuna çıxaraq 1530 dəqiqə oynayıb və 2 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər