"Mançester Siti" ulduzunun qiymətini açıqladı - 250 milyon avro

"Mançester Siti" ulduzunun qiymətini açıqladı - 250 milyon avro
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Kevin de Bruyne barədə açıqlama verib.
Fanat.Az xəbər verir ki, mütəxəssis belçikalı ulduzun satlıq olmadığını bildirib:
"O, çox yaxşı, dinamik bir futbolçudu. Həm də inanılmaz bir insandı. Amma satılıq deyil. Sərbəst qalma maddəsi də 250 milyon avrodu".
Qeyd edək ki, "Mançester Siti" Kevin de Bruyneni 2015-ci ildə "Volfsburq"dan 76 milyon avroya alıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər