"Mançester Siti" "Valensiya"nın vinqeri Ferran Torreslə müqavilənin şəxsi detallarını razılaşdırıb.
Fanat.Az "Eurosport"a istinadən xəbər verir ki, "Siti" "Valensiya"nı razı sala bilsə, Torreslə uzunmüddətli müqavilə imzalanacaq. Mümkün transfer 50 milyon avro dəyərində qiymətləndirilir.
"Şəhərlilər" 20 yaşlı futbolçunu "Bavariya"ya keçən Leroy Sanenin əvəzedicisi hesab edir.
Qeyd edək ki, MS ilə yanaşı, Torresə "Yuventus", "Real" və "Atletiko"dan da təklif var.
Fanat.Az