"Valensiya"nın vinqeri Ferran Torres karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az jurnalist Fabritsio Romanonun "Twitter" hesabına istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. "Mançester Siti" Torresə görə 27 milyon avro ödəyəcək. Bonuslar da anlaşmaya daxil ediləcək.
"Siti"nin 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayacağı bildirilir.
Fanat.Az