"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq karyerasını digər İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü "Çelsi"yə keçməyə yaxındır.
Mənbə Sterlinqin DÇ-2022 ərəfəsində daha çox oynaya biləcəyi klubda top qovmağı və noyabrda Qətərə yollanacaq yığmanın sıralarında yer almağı hədəflədiyini açıqlayıb. Xəbərə görə, "şəhərlilər"in Erlinq Holand və Xulian Alvares kimi futbolçuları heyətə qatması da Rahimin iş yerini dəyişmək barədə düşünməsini şərtləndirən məqamlardandır. Sözügedən oyunçunun əsas heyət uğrunda rəqabəti nəzərə alaraq "Mançester Siti"ni tərk etməyi planlaşdırdığı vurğulanıb.
Yazılanlara inansaq, "Çelsi"nin baş məşqçisi Tomas Tuxel Sterlinqə start "11-lik"də yer verməyə hazır olduğunu bildirəcəyi təqdirdə, futbolçu 60 milyon avroya məhz "zadəganlar"a satılacaq.
Xatırladaq ki, Rahim Sterlinq 2015-ci ildən "Çelsi"dədir. Son mövsümdə İngiltərə Premyer Liqasında 30 oyuna çıxan cinah hücumçusu 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat