"Mançester Siti" Silvanı bu qiymətə satmağa hazırdır

"Mançester Siti" Silvanı bu qiymətə satmağa hazırdır

"Mançester Siti" yarımmüdafiəçisi Bernardu Silva ilə vidalaşmağa hazırdır.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "şəhərlilər" "Barselona"nın istədiyi futbolçu üçün qiymət müəyyənləşdirib.

Belə ki, Kataloniya təmsilçisi 28 yaşlı orta xətt oyunçusuna görə Mançester klubuna 100 milyon avro ödəməlidir. Yazılanlara inansaq, MS rəhbərliyi məbləğlə bağlı güzəştə getməyəcək.

Qeyd edək ki, 2017-ci ildən "Mançester Siti"də çıxış edən Silvanın klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər