İngiltərə Premyer Liqasının VII turunda keçirilən "Liverpul" - "Mançester Siti" oyununda xoşagəlməz hal yaşanıb.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Siti" meydan sahiblərinin azarkeşlərinin məşqçilər korpusuna tüpürdüyünü iddia edərək şikayət verib.
Məsələ ilə bağlı "Liverpul" rəhbərliyi araşdırma apardığını bildirib: "Mançester Siti" də daxil olmaqla, bütün əlaqədar tərəflərlə işləyərək lazım olan dəlilləri toplamaq üçün araşdırma aparırıq".
Xatırladaq ki, sözügedən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Emin Şəmsiyev