"Mançester Siti" Sanenin əvəzinə onu "Bavariya"dan istəyir

"Mançester Siti" Sanenin əvəzinə onu "Bavariya"dan istəyir
"Bavariya"nın müdafiəçisi David Alaba "Mançester Siti"nin maraq dairəsindədi.
Fanat.Az "Athletic"ə istinadən xəbər verir ki, "Mançester Siti" Leroy Sane qarşılığında heyətini Alaba ilə gücləndirmək istəyir. "Bavariya" tərəfi isə hazırda 28 yaşlı futbolçunu satmaq niyyətində deyil.
Münhen klubu Alabaya 3 illik müqavilə təklif etməyə hazırdı. Sadəcə, Almaniya çempionu Avstriya millisinin üzvünə illik 20 milyon avrodan artıq məvacib ödəmək istəmir.
Alaba 2019-20 mövsümündə Bundesliqada 28 matçda meydana çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər