"Mançester Siti" mövsümü rekordlarla tamamladı

"Mançester Siti" mövsümü rekordlarla tamamladı
"Mançester Siti" İngiltərə Premyer Liqasını rekordla tamamlayıb.
 
Fanat.Az xəbər verir ki, Pep Qvardiolanın komandası mövsümün sonuncu matçında "Sauthempton"u yenən (1:0) "şəhərlilər" bu nəticənin ardından 100 xala çatıb. "Mançester Siti" bununla da Premyer Liqa tarixində ən çox xal toplayan komanda olub. 
 
Mançester təmsilçisi bununla yanaşı daha iki rekorda sahib olub. Cari mövsüm 32 qələbə ilə qələbə rekordu qırıb. 1960/61 mövsümündə 42 oyuna 31 qələbə qazanmış "Tottenhem"i üstələyən "Şəhərlilər" bundan əlavə 106 qolla bir mövsümdə ən çox qol vuran komanda olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər