İngiltərə Premyer Liqasının 17-ci turunda "Lids"i 7:0 hesabı ilə məğlub edən "Mançester Siti" 2021-ci ildə çempionatdakı 33-cü qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" bu nəticə ilə "Liverpul"un ötən əsrdə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
Belə ki, mersisaydlılar 1982-ci ildə ölkə birinciliyində 33 zəfərə imza atmağı bacarmışdı.
41 xala malik lider mütləq rekordçu ünvanına da sahib çıxa bilər. Növbəti turda Xosep Quardiolanın yetirmələri "Nyukasl"la üz-üzə gələcək.
Nihat