"Mançester Siti" - "Liverpul" matçı "şəhərlilər"ə məxsus "Etihad" stadionunda keçiriləcək.
Fanat.Az xəbər verir ki, Mançester Şəhər Şurası qarşılaşmanın "Etihad"da oynanılmasına razılıq verib. Şuranın bəyanatında qeyd olunub:
"Təhlükəsizlik məsələləri üzrə məsləhət qrupumuz oyunun "Etihad"da keçirilməsinə etiraz etmədi".
Daha öncə, şəhər meriyasının azarkeşlərin stadionun ətrafına toplaşacağına dair narahatlığının olduğu və bu səbəbdən MS - "Liverpul" matçının neytral meydançada oynanılacağına dair xəbərlər yayılmışdı.
Qeyd edək ki, "Liverpul" iyulun 2-də keçiriləcək oyuna "çempion" statusu ilə çıxa bilər. Bu gün "Mançester Siti" "Çelsi" ilə görüşdə xal itirsə, "qırmızılar" çempionluğunu elan edəcək.
Fanat.Az