“Mançester Siti” ÇL-də rekorda imza atdı

“Mançester Siti” ÇL-də rekorda imza atdı

“Mançester Siti” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda “Bayern Münhen”i qəbul edib. 

Fanat.Az Mançester klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 3:0 hesablı qələbə qazanan “şəhərlilər” qitənin ən nüfuzlu turnirində ardıcıl 25-ci məğlubiyyətsiz matçını keçirib. 

Bu, Çempionlar Liqasında İngiltərə təmsilçiləri üçün rekorddur.

"Bayern Münhen" və "Mançester Siti" arasında cavab oyunu bir həftə sonra, aprelin 19-da Münhendə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər