"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

İngiltərə Premyer Liqasının sonuncu - XXXVIII turu çərçivəsində bu gün keçirilən matçda "Vest-Hem"i 3:1 hesabı ilə məğlub edən "Mançester Siti" ardıcıl 4-cü dəfə çempion olub.

Fanat.Az xəbər verir ki, xalllarının sayını 91-ə çatdıraraq qızıl medallara sahib çıxan "şəhərlilər" tarixi ilkə imza atıblar.

Belə ki, İngiltərə futbolu tarixində indiyədək heç bir klub ardıcıl 4 çempionluq sevinci yaşamayıb.

Bu, "Siti"nin ümumilikdə 8-ci, Xosep Qvardiolanın rəhbərliyi altında 6-cı çempionluğudur.

Qeyd edək ki,  "Arsenal" (89 xal) ikinci, "Liverpul" (82 xal) üçüncü yeri tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər