"Mançester Siti" "İnter"in forvardından əl çəkmir - SON DURUM

"Mançester Siti" "İnter"in forvardından əl çəkmir - SON DURUM
Milan "İnter"inin hücumçusu Romelu Lukaku "Mançester Siti"nin diqqət mərkəzindədir.
Fanat.Az "The Telegraph"a (Teleqraf) istinadən xəbər verir ki, hələ Lukaku "Mançester Yunayted"də olduğu vaxtlarda onu rənglərinə bağlamaq istəyən "şəhərlilər" 27 yaşlı belçikalını transfer etmək istəyindən vaz keçməyib. Mənbə Lukakunun özünün də "Mançester Siti"yə keçməyin əleyhinə olmadığını vurğulayıb. Tərəflərin qış fasiləsində danışıqlara başlayacağı bildirilib.
Maraqlıdır ki, 2019-cu ilin yayında əzəli rəqibindən bu futbolçuya görə 105 milyon avro istəyən "Mançester Yunayted" "şəhərlilər"in 78,5 milyonluq təklifini rədd etmiş, forvardı "İnter"ə daha ucuz - 74 milyon avroya satmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər