"Mançester Siti" ilə oyunda Kurtua və Marselo olmayacaq

"Mançester Siti" ilə oyunda Kurtua və Marselo olmayacaq
"Real" növbəti həftələrdə qolkiper Tibo Kurtua və sol cinah müdafiəçisi Marselonun xidmətindən istifadə edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, hər iki oyunçu La Liqanın 27-ci turu çərçivəsində "Betis"lə oynanılan matçda sıradan çıxıb. Tibbi müayinənin nəticələrinə əsasən, Marselo və Kurtuanın "Eybar" (13 mart, La Liqa) və "Mançester Siti" (17 mart, Çempionlar Liqası) ilə görüşlərdə oynamayacaqları dəqiqləşib.
Belçikalı qapıçı qasıq nahiyəsindən, braziliyalı müdafiəçi isə sol budunun bisepsindən zədə alıb.
Ənənəvi olaraq "Real" futbolçuların bərpa müddəti ilə bağlı məlumat yaymayıb. Bununla belə, İspaniya mətbuatı Kurtuanın 2 həftə yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər