"Real"ın oyunçuları Marselo və Eden Azar zədələrini sağaldıblar.
Fanat.Az AS-a istinadən xəbər verir ki, Marselo və Azar ümumi qrupla məşqlərə qayıdıblar.
Braziliyalı futbolçu adduktor əzələsindəki zədə səbəbindən bir neçə oyunu buraxmalı olmuşdu. Belçikalı ulduzun isə ayaq bləyində ağrılar var idi.
Marselo və Azar Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində avqustun 7-də "Mançester Siti" ilə oynanılacaq matçda meydana çıxa bilərlər.
Fanat.Az