"Mançester Siti"dəki ilk mövsümündə əla çıxış edən Erlinq Holandın müqaviləsində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "Spanish Sport" yayıb.
Söhbət norveçli ulduzun 2024-cü ildə 200 milyon avroluq təzminat qarşılığında başqa kluba keçə bilməsi ilə bağlı bənddən gedir.
Ancaq həmin bəndin dəyişdirilib: "Onun 200 milyon avroya "Mançester Siti"ni tərk etmək şansı olacaq, ancaq bir il sonra, yəni 2025-ci ildə".
Qeyd edək ki, Holandın "şəhərlilər"lə 2027-ci ilin iyun ayının sonuna qədər etibarlı olan müqaviləsi var.
O, 26 oyunda vurduğu 28 qolla İngiltərə Premyer Liqasının, 6 matçda 10 qolla isə Çempionlar Liqasının bombardiridir. Ümumilikdə forvard MS-də keçirdiyi 36 oyunda 39 dəfə fərqlənib.
Mirağa