"Mançester Siti” iki gündü "Premier League Asia Trophy” turnirində iştirak üçün Çinə uça bilmir.
Fanat.Az xəbər verir ki, buna səbəb səfərin təşkilatçısı olan "Thomas Cook” şirkətinin əməkdaşlarının səhlənkarlığa yol verməsi olub. Belə ki, onlar iyulun 14-də çarter reysinin uçuş tarixi ilə bağlı səhv ediblər. Bir gün sonra isə hava məkanında yer sifariş etməyi unudublar.
Qeyd edək ki, "Premier League Asia Trophy” turnirinin yarımfinalında "Mançester Siti” "Vest Hem”lə qarşılaşacaq. Oyun iyulun 17-də baş tutacaq. Digər yarımfinal oyununda isə "Nyukasl” və "Vulverhempton” üz-üzə gələcək. İyulun 20-də final və 3-cü yer uğrunda görüşlər baş tutacaq.
Fanat.Az