"Mançester Siti"nin hücumçusu Liam Delap Çempionşipdə çıxış edən "Stok Siti" klubuna keçib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumat "Stok Siti"nin rəsmi saytına yerləşdirilib.
19 yaşlı futbolçu 2022/23-cü illər mövsümünün sonuna qədər icarəyə verilib.
Qeyd edək ki, Liam "Stok Siti"nin əfsanəsi və klubun sabiq baş məşqçisi Rori Delapın oğludur.
Emin