"Mançester Siti" əsas qapıçısını itirdi

"Mançester Siti" əsas qapıçısını itirdi

"Mançester Siti"nin qapıçısı Ederson Moraes Premyer Liqanın 28-ci turunun "Liverpul"la matçında ayağından zədə alıb.

Fanat.Az "Sky Sports"-a istinadən xəbər verir ki, 30 yaşlı braziliyalı bu səbəbdən 4 həftə yaşıl meydanlardan kənarda qala bilər. 

Xəbərə görə, o, böyük ehtimalla, İngiltərə Kubokunun 1/4 finalında "Nyukasl"la görüşü, həmçinin "Arsenal"la Premyer Liqa matçını buraxa bilər. Bundan başqa, Edersonun Braziliya millisinin müvafiq olaraq martın 23 və 26-da İngiltərə və İtaliyaya qarşı keçirəcəyi oyunlarda iştirakı sual altındadır.

Bu mövsüm Ederson Moraes "Mançester Siti"nin heyətində 34 oyun keçirib, bu oyunda 31 qol buraxıb.3 O, 9 matçda qapısını toxunulmaz saxlayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər