“Mançester Siti” dünya çempionatının tarixinə düşən futbolçunu icarəyə verdi

“Mançester Siti” dünya çempionatının tarixinə düşən futbolçunu icarəyə verdi
"Mançester Siti" yei transferi Daniel Arzanini icarəyə verib.
Fanat.Az xəbər verir ki, Avstraliya millisinin İran əsilli üzvü "Seltik"də çıxış edəcək. 19 yaşlı yarımmüdafiəçi iki mövsüm Şotlandiya klubunda çıxış edəcək. 
Qeyd edək ki, "Mançester Siti" Daniel Arzanini bu yay Avstraliyanın "Melburn” klubundan trasfer edib. İran əsilli futbolçu Avstraliya yığmasının heyətndə Rusiyada keçirilmiş dünya çempionatının iştirakçısı olub. O, mundialın tarixinə ən gənc futbolçu kimi düşüb. Belə ki, Daniel Arzani 19 yaş 5 ay 10 günündə "DÇ-2018"də oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər